
Tahir və Zöhrə bir-birilərini sevərək ailə qurmuş gənc cütlükdür. Lakin önəmsiz məişət problemlərinə görə boşanmaq qərarına gəlirlər. Ayrılıq qərarı çıxan kimi onlar sevinclə fərqli istiqamətlərə gedirlər. Artıq azad quşlar kimi yeni həyata doğru uçmaq istəyirlər. Amma taleyin qəribə oyunu budur ki, gecə harada yatırlarsa-yatsınlar, səhər özlərini sənət muzeyində qurulmuş gərdək içində tapırlar. Hər səhər yenidən həmin gərdəkdə oyanır, bir-birilərini günahlandırır və hətta bunun bir daha baş verməməsi üçün ekstrasensə də müraciət edirlər. Maraqlıdır, bu gərdək möcüzəsinin sirri nədir? Bu sualın cavabını isə insan münasibətləri, dəyərləri və müxtəlif sınaqlardan keçmiş personajların həyat hekayəsindən bəhs edən "Çımıldıq (Gərdək)" filmində tapa bilərsiniz.
Dadaxon Abidov, Sitaraə Alimcanova, Məhəmmədisa Abdulxairov, Xasiyyət Xusanova, Talib Muminov, Muyassar Berdiqulova, Dilşadbək Kattabekov, Zöhrə Saliyeva, Səid Muxtarov, Babur Aytbaqambetov, Mahlaray Sabirova, Babur Pirmatov, Aziza Abdullayeva, Kəramət İsamova, Nurcahan Xaydarova